Nüvə silahından istifadə etməsə...


Dünya 27 İyn 2019 20:19:00 213 0

Nüvə silahından istifadə etməsə...

ABŞ İranı yox etmək potensialında deyil.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Donald Trampın təhdidlərinə cavab olaraq deyib.

O bildirib ki, Tramp İran haqqında yanılıb:

"ABŞ İranı yox edəcək gücdə deyil. Qadağan edilmiş silahlardan istifadə etmədiyi müddətdə bunu edəcək potensialı yoxdur. İran hər hansı hücuma qarşı hazırlıqlıdır. Lakin biz müharibə və ya qarşıdurma istəmirik. Tramp 18-ci əsrdə yaşamadığını və BMT sazişinə görə müharibə təhdidlərinin qeyri-qanuni olduğunu anlamalıdır".