İnsanlığın taleyini dəyişən tarixi məkanlar İLK DƏFƏ burada...


Digərləri 27 İyn 2019 18:45:00 229 0

İnsanlığın taleyini dəyişən tarixi məkanlar  İLK DƏFƏ burada...

I Dünya Müharibəsinin başlamasına səbəb olan körpü və ya kabelsiz əlaqənin ilk dəfə gerçəkləşdirildiyi yer... - Hamısı insanlığın gələcəyini dəyişdirən hadisələrə şahidlik edən yerlər kimi tarixə keçib.

Son.az Publika.az-a istinadən dünya tarixində xüsusi yeri olan bir neçə məkanı təqdim edir.

Xirosima, Yaponiya

Xirosima tarixdə atom bombasının atıldığı ilk şəhər kimi qalıb. Şəhər hələ də yüzminlərlə insanın öldüyü bu hücumun izlərini saxlayır. Hücumun gerçəkləşdiyi məkan hələ də qorunub saxlanmaqdadır.

Uittenberq, Almaniya

Almaniyanın Uittenberq şəhərindəki "Əzizlər Katedralı" tarixin ən əhəmiyyətli qırılma anlarından birinə ev sahibliyi edir. Martin Lüter buradakı tarixi katedrala yeni doktrinasını asıb protestantlığın başlanğıcını elan edib. Bu da Avropada uzun illər davam edəcək Reformasiya hərəkatını və məzhəb müharibələrini alovlandırıb. Müharibələrdə milyonlarla insan ölüb və ya yaşadığı yeri tərk ermək məcburiyyətində qalıb.

St. Moritz, İsveçrə

İsveçrənin bu sakit qəsəbəsi dünyada istirahət anlayışına istiqamət verən hadisələrdən birinə şahidlik edib. Qış turizminin bugünkü mənada gerçəkləşməsini təmin edən hadisə ilk dəfə St. Moritzdə başlayıb. Beləliklə, qış tətili və qış idmanları məfhumu yavaş-yavaş zehinlərdə öz yerini alıb.