Şəhzadədən maraqlı açıqlama: "Övladlarım homoseksual olsa..."


Digərləri 27 İyn 2019 18:39:00 218 0

Şəhzadədən maraqlı açıqlama: "Övladlarım homoseksual olsa..."

Böyük Britaniya şəhzadəsi Uilyam maraqlı açıqlama edib. 

Son.az News24.az-a istinadən xəbər verir ki, şəhzadə "Övladlarınız homoseksual olsa, nə edərsiniz" sualını belə cavablandırıb:

"Övladlarımın bütün qərarları kimi, bunu da dəstəkləyərəm. Bu mövzu haqda övladların dünyaya gələndən sonra daha ciddi düşünməyə başlayırsan və məndə artıq fikir formalışıb. Mən bunu normal qarşılayaram. Məni narahat edən yeganə məsələ ictimaiyyətin övladlarımın seçiminə necə baxacağıdır. Həyat yoldaşımla uşaqları buna necə hazırlayacağımız barədə müzakirələr edirik. Əsas odur ki, övladlarımız onları hər zaman dəstəkləyəcəyimizi bilmələridir".