Bakıda tikintidə bədbəxt hadisə, fəhlə binadan yıxıldı


Digərləri 27 İyn 2019 18:24:00 234 0

Bakıda tikintidə bədbəxt hadisə, fəhlə binadan yıxıldı

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 1997-ci il təvəllüdlü Əliyev Zəka Arzuman oğlu fəhlə işlədiyi, rayonun Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində tikilməkdə olan "Pilot İnşaat A" MMC-yə məxsus binadan yıxılıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.