Aleksandr Səmədov karyerasını başa vurur?


İdman 27 İyn 2019 18:27:00 231 0

Aleksandr Səmədov karyerasını başa vurur?

Krylya Sovetov-dan ayrılan Aleksandr Səmədov futbolçu karyerasını başa vurmağa hazırlaşır.

Azərbaycan əsilli yarımmüdafiəçi Ufa-dan təklif almasına baxmayaraq, böyük ehtimalla, karyerasını bitirəcək.

Xatırladaq ki, futbolçu açıqlamasında Azərbaycandan da təklif aldığını açıqlamışdı.

Qeyd edək ki, Krylya Sovetov A.Səmədovla müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib. O, bu ilin yanvarında Spartak-dan azad agent kimi sözügedən kluba keçmişdi. 34 yaşlı futbolçu Krylya Sovetov-da 9 matçda iştirak edib. Moskva Spartak-ının yetirməsi olan Səmədov Lokomotiv və Dinamo klublarında da çıxış edib.

O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub. Səmədov DÇ-2018-də komandasının 5 matçında da meydana çıxıb.