Oğluna 50 min aliment istəyirdi, amma...


Digərləri 27 İyn 2019 18:19:00 224 0

Oğluna 50 min aliment istəyirdi, amma...

Türkiyəli futbolçu Caner Erkinlə eks-arvadı Asena Atalayın arasındakı məhkəmə nəticələnib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, şikayətçi tərəf Atalay 50 min lirə ( təxminən,14,7 min manat) aliment tələbi ilə məhkəməyə müraciət etmişdi.

Üç ildir davam edən prosesin sonunda hakim Caner Erkinin oğlu Çinara aylıq 3 min lirə (təxminən, 886 manat) aliment ödəməsinə qərar verib.

Qeyd edək ki, cütlük qalmaqallı şəkildə boşanmışdı. Caner hazırda aktrisa Şükran Ovalı ilə evlidir.