Laklı dırnaqla dəstəmaz almaq İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir


Digərləri 27 İyn 2019 18:09:00 209 0

Laklı dırnaqla dəstəmaz almaq  İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir

Dəstəmaz İslam şəriətində ən mühüm əməllərdən biri hesab olunur. Dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə olmasın.

Şəriətdə bucür qeyd olunsa da ,ancaq ona düzgün şəkildə əməl etməyənlər də var. Dəstəmazı batil edən bir çox məqamlar  özünü göstərir. Onlardan biri də dırnaqda lak olan halda dəstəmaz alınıb namaz qılınmasıdır. 

Dırnaqda lak varsa, dəstəmaz almaq olarmı? Bununla qılınan namaz düzgün hesab edilirmi?

Son.az bildirir ki, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az saytına deyib ki, ümumiyyətlə dəstəmaz namaz üçün bir başlanğıcdır.

"Allahın yanında qəbul olunması üçün bir şərtdir. Dəstəmaz olmasa, namaz batildir. Bu baxımdan da namazdan öncə alınan dəstəmaz  şəriət qaydalarına əməl olunmaqla alınmalıdır.

Əgər bir insanın bədənində iynə ucu qədər dəstəmaz üzvlərinin birində rəng və yaxud birşey qatılmış maddə varsa , eyni zamanda lak kimi vasitələr dırnaqlara vurularsa bununla alınmış dəstəmaz və qılınan namaz bir mənalı şəkildə batildir.

Dəstəmazdan qabaq  əl və ayaq dırnaqlarına  çəkilən boya mütləq silinməlidir. Çünki boya dırnağın su ilə təmasına mane olur.

Heç bir dini göstərişdə də,hətta müctehidlərin fitvalarında da göstərilməyib ki, dırnaqda lak olan halda dəstəmaz alınsın və namaz qılınsın. Bu dəstəmaz düzgün hesab edilmir.