Tramp Türkiyəyə səfərə gəlir


Dünya 27 İyn 2019 17:44:00 180 0

Tramp Türkiyəyə səfərə gəlir

ABŞ prezidenti Donald Tramp cari ilin iyul ayında Türkiyəyə səfər edə bilər.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın "Nikkey" qəzetinə müsahibəsində bildirib.

"Fikrimcə, ABŞ prezidenti Trampla "Böyük-20"liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər. Hazırda Trampın Türkiyəyə səfəri müzakirə olunur", - deyə o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni "F-35" qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: "Biz "F-35"lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik".