Tunis Prezidenti xəstəxanaya yerləşdirilib


Dünya 27 İyn 2019 17:47:00 199 0

Tunis Prezidenti xəstəxanaya yerləşdirilib

Tunis Prezidenti Əl-Bəci Qaid əs-Sebsi xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, 92 yaşlı prezident helikopterlə hərbi hospitala çatdırılıb.

Prezidentin nəyə görə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Əl-Bəci Qaid əs-Sebsi 2014-cü ildən ölkəyə rəhbərlik edir.