“Nəsimi ili” ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb


Siyasət 27 İyn 2019 17:30:00 213 0

“Nəsimi ili” ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Nəsimi ili" çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılır.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.