Azərbaycanda iki nəfər birlikdə 9 yaşlı uşağı zorlayıb


Kriminal 27 İyn 2019 17:24:00 243 0

Azərbaycanda iki nəfər birlikdə 9 yaşlı uşağı zorlayıb

Ağcabədi rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü Bəhruz Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika-ya istinadən bildirir ki, Bəhruz Məmmədov həmkəndlisi, azyaşlı Sahib Məlikov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2018-ci il tarixdə, saat 18 radələrində həmkəndlisi, 2009-cu il təvəllüdlü Səməd Babayevə qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Pambıq tarlasında seksual zorakılıq

Bəhruz Məmmədov azyaşlı həmkəndlisi Sahib Məlikov ilə birlikdə Səməd Babayevi yaşadıqları Ağcabədi rayonun Şahsevən-Təzəkənd kəndinin kənarında yerləşən pambıq tarlasına aparıblar.

Orada Səməd Babayevin köməksiz vəziyyətindən istifadə ediblər, həmin vaxt Bəhruz Məmmədov zorla onu üzü üstə yerə yıxıb.

İlk əvvəl Sahib Məlikov, daha sonra isə Bəhruz Məmmədov Səməd Babayevə qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

İkinci dəfə zorakılıqla üzləşdi, özünü atdı

Bundan sonra Bəhruz Məmmədov cinayətkar əməlini davam etdirib və təkrar Səməd Babayevə qarşı fiziki güc tətbiq edib. O, seksual xarakterli zorakılıq hərəkətləri etmək məqsədilə Sahib Məlikov ilə avqustun 15-də Səməd Babayevi sürdüyü velosipedin arxa oturacağına əyləşdirib, yenidən kəndin kənarında yerləşən pambıq tarlasına gətiriblər. Orada Səməd Babayev ona qarşı seksual hərəkətlərin ediləcəyini bilib, özünü velosipeddən yerə atıb.

Qeyri-təbii yolla cinsi əlaqə və həbs

Belə olan halda Səməd Babayev xəsarət alıb. Xəsarət almasına baxmayaraq, Səməd Babayev qaçmaq istəyib.

Lakin Bəhruz Məmmədov Səməd Babayevin arxasınca qaçıb və onu tutaraq saxlayıb. Bəhruz Məmmədov Sahib Məlikov ilə birlikdə Səməd Babayevi sürüyərək pambıq tarlasına gətirib.

Orada Səməd Babayevə zorakılıq göstərərək, onu zorla soyundurublar. Sonra Bəhruz Məmmədov qeyri-təbii yolla onunla intim əlaqədə olub.

İstintaq orqanı tərəfindən Bəhruz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz Məmmədov bildirib ki, hadisə baş verdiyi iddia olunan vaxt yaşadıqları kəndin orta məktəbinin 9-cu sinfinin şagirdi olub.

"Pambıqlıqda cinsi əlaqədə olmaq barədə danışdıq"

Bəhruz Məmmədovun sözlərinə görə, Səməd Babayevi tanıyıb, həmkəndlisidir, aralarında qohumluğu və ədavəti olmayıb: "Səmədin on yaşı olduğunu bilmişəm. Səmədi də tanımışam, qonşumdur. Biz çox vaxt birlikdə velosiped sürmüşük".

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 13-də, saat 18 radələrində Sahiblə birlikdə hərəsi öz velosipedi ilə kəndin kənarında yaşayan Səmədgilin evlərinin yanına gedibıər: "Orada Səmədin qonşuları Camal ilə oynadığını gördük. Səmədgil onları velosipedə mindirib gəzdirməyimizi xahiş etdilər. Həmin vaxt Səmədlə uşaqları pambıqlığa aparıb, orada cinsi əlaqədə olmaq barədə danışdıq".

"Cinsi əlaqədə olmaq barədə razılaşdıq"