Atletico-nun növbəti hədəfi


İdman 27 İyn 2019 17:30:00 210 0

Atletico-nun növbəti hədəfi

Heyətində ciddi dəyişikliklərə əl atan Atletico transfer çalışmalarını davam etdirir.

Goal.az-ın məlumatına görə, Madrid klubu indi də Real-ın yarımmüdafiəçisi Hames Rodrigesə göz dikib.

Baş məşqçi Dieqo Simeone kolumbiyalı orta sahə oyunçusunun onları gücləndirəcəyini düşünür. Atletico bu keçidi reallaşdırmaq üçün hətta yarımmüdafiəçisi Vitolo və hücumçusu Anxel Korreanı satmağa da hazırdır.

Son iki mövsümü icarə əsasında Bayern Munich-da keçirmiş Hamesi Real transferə çıxarıb və bu keçiddən 55 milyon avro gəlir götürmək niyyətindədir.