Biləsuvardakı qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI


Digərləri 27 İyn 2019 16:24:00 198 0

Biləsuvardakı qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI

Biləsuvarda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

Bakı. Samir Əli - Biləsuvarda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub. Trend-in məlumatına görə, qəzada ölən və xəsarət alanların hamısı rayonun İsmətli kənd sakinləridir. Hadisə nəticəsində "VAZ 21015" markalı avtomobildə olan 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı və 1944-cü il təvəllüdlü Tağızadə Şükufə Qəhrəman qızı hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlu,1972-ci il təvəllüdlü Əliquliyeva Məlahət Qurban qızı və "Lada Priora" markalı avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alanlardan Araz Tağızadənin xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, "Lada Priora" markalı avtomobilin sürücüsü Şakir Əhmədov isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə Kliniki Tibbi Mərkəzə göndərilib.