Azərbaycanda tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi


Digərləri 27 İyn 2019 16:05:45 234 0

Azərbaycanda tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi

Azərbaycanda tibb müəssisələri 5 ildən-bir akkreditasiyadan keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək. Trend-in məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilir. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda, bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək. Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.