Azərbaycanda bu məhsullar vergidən azad ediləcək


Digərləri 27 İyn 2019 15:37:00 247 0

Azərbaycanda bu məhsullar vergidən azad ediləcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.