Tanınmış repçi həbs olundu


Digərləri 27 İyn 2019 15:29:00 198 0

Tanınmış repçi həbs olundu

"Ezhel" ləqəbli məşhur repçi Sercan İpekçioğlu həbs olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, narkotik maddələrdən istifadə etdiyi üçün azadlıqdan məhrum olub.

İstanbul Cəza Məhkəməsində baş tutan prosesdə iştirak edən ifaçı ittihamları qəbul etməyib, Hakim Rana Yazlık onun qanında zərərli maddələrin aşkar olunduğunu bildirib.

Bundan sonra İpekçioğlu tez-tez xaricdə olduğunu, studiyada yanında olan şəxslərin narkotikdən istifadə etdiyini və həmin maddələrin ona da təsir etdiyini qeyd edib. Buna baxmayaraq repçinin 1 il 8 ay müddətinə həbs olunması barədə hökm oxunub.