Azərbaycanla Koreya arasında yeni saziş təsdiq olundu


Siyasət 27 İyn 2019 15:09:00 198 0

Azərbaycanla Koreya arasında yeni saziş təsdiq olundu

Azərbaycanla Koreya arasında yeni sazişin təsdiq edilməsi Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair" Çərçivə Sazişinin təsdiq edilməsi məsələsini müzakirə ediblər.

Sənədin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.