Turizm Bürosu: Turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik


Digərləri 27 İyn 2019 15:06:48 200 0

Turizm Bürosu: Turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik

Yerli şirkətlər gələn qonaqlarını sığortalamalıdır. Amma biz turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik.

Bakı. İlhamə İsabalayeva - Yerli şirkətlər gələn qonaqlarını sığortalamalıdır. Amma biz turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib. Onun sözlərinə görə, ölkəyə gələn turistlər üçün tibbi sığortanın dövlət tərəfindən qarşılanması və ya onların özləri tərəfindən təmin edilməsi düşünülmür. Bunun məhdudlaşdırıcı faktor kimi qəbul oluna biləcəyini deyən F.Zenqstşmid onu da əlavə edib ki, Azərbaycan üçün Rusiya bazarı daim ən perspektivli və böyük bazar olub: