Ermənistanda təbii qaz bahalaşa bilər


Dünya 27 İyn 2019 14:49:00 239 0

Ermənistanda təbii qaz bahalaşa bilər

Rusiya hökuməti 2020-ci il yanvarın 1-dən etibarən təbii qazın qiymətini 10 faiz artırmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, budəfəki qiymət artımı birbaşa əhaliyə təsir edəcək. Bu il təbii qazın qiymətinin artırılması "Qazprom Armeniya" şirkətinin hesabına baş vermişdisə, gələn il bunu etmək mümkün olmayacaq.

Erməni mətbuatı yazır ki, Ermənistan hökuməti Rusiya tərəfi ilə danışıqlar aparsa da, bunun müsbət nəticələnəcəyi ehtimalı azdır.