Şibyələr poçt markasında (FOTO)


Digərləri 27 İyn 2019 14:45:25 284 0

Şibyələr poçt markasında (FOTO)

Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Şibyələr” seriyası çərçivəsində üç poçt markasını dövriyyəyə buraxacaq.

Bakı. İyun ayının 27-də Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Şibyələr” seriyası çərçivəsində üç poçt markasını dövriyyəyə buraxacaq. Trend-in məlumatına görə, poçt markaları böyük və kiçik vərəqlərdə hazırlanacaq. Böyük vərəq 100х132 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar 26х37 mm ölçülərində, hərəsi 36 min tirajla tədavülə buraxılacaq. Kiçik vərəq isə 105х90 mm ölçülərində hazırlanacaq və 6 markadan ibarət olacaq. Vərəqin tiraji isə 15 min nüsxə təşkil edəcək. Poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görəcək.