Azərbaycan Beynəlxalq Bankının kreditlərində xüsusi güzəştlər


Digərləri 27 İyn 2019 14:37:00 239 0

Azərbaycan Beynəlxalq Bankının kreditlərində xüsusi güzəştlər

Müştərilərin daha sərfəli və rahat şərtlərlə kredit istəyini nəzərə alan Azərbaycan Beynəlxalq Bankı yay fəslinin başlanğıcında yeni kampaniya elan edib. "Belə krediti götürərlər!" devizi ilə keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini indi bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər. Azərbaycan Beynəlxalq Bankından ilk dəfə kredit alan müştərilərə isə bank xüsusi güzəştlər nəzərdə tutur. İllik faizlərin aşağı olmasından əlavə, kreditin həm də uzun müddətə verilməsi müştərilərin aylıq ödəniş məbləğlərinin azalmasına və aylıq borcların heç bir çətinlik çəkmədən ödənilməsinə şərait yaradır.   

Kampaniyanın özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 60 ayadək

•  İllik faiz dərəcəsi -  18%-dən başlayaraq

•  Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ