Liverpool 17 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə bağladı


İdman 27 İyn 2019 14:08:00 303 0

Liverpool 17 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə bağladı

Liverpool yeni transferini transferini açıqlayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, PEC Zwolle-nin mərkəz müdafiəçisi Sepp van den Berqlə uzun müddətli müqavilə imzalanıb. Mersisayd təmsilçisi hollandiyalı oyunçunun transferinə 1,3 milyon avro xərcləyib. 

Gənc futbolçu bu keçiddən məmnunluğunu gizlətməyib: "Burda olmaq çox əla hissdir. Liverpool, mənə görə dünyanın ən böyük klublarından biridir və burda olmaq xəyalların reallaşmasıdır. Mən mərkəz müdafiəçisiyəm, topla çox sakit və çox sürətliyəm. Bura özümü daha çox inkişaf etdirmək üçün gəlmişəm. Fikrimcə, Liverpool mənim üçün ən yaxşı yerdir və burada çox oyun keçirəcəyimə ümid edirəm".

Sepp van den Berq son mövsümdə Zwolle-nin heyətində 15 oyunda meydana çıxıb. 17 yaşlı oyunçu Hollandiyanın U-19 komandasında çıxış edir.