Tədris ilinin yekunları ilə bağlı direktor və müəllimlər Pedaqoji Şura iclaslarına çağırılıb (FOTO)


Digərləri 27 İyn 2019 14:02:00 226 0

Tədris ilinin yekunları ilə bağlı direktor və müəllimlər Pedaqoji Şura iclaslarına çağırılıb (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar Pedaqoji Şuraların iclasları keçirilir.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar Pedaqoji Şuraların iclasları keçirilir. Trend-in məlumatına görə, iclasların keçirilməsində əsas məqsəd il ərzində görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir. Pedaqoji Şuraların iclaslarında məktəb direktorlarının və müavinlərin məruzələri, müəllimlərin hesabatları dinlənilir, dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. İclaslarda buraxılış imtahanlarının və BSQ-lərin nəticələri, yay tədris tapşırığı olan şagirdlərlə işin təşkili, fərqlənmə attestatlarına namizədlər barədə ətraflı məlumatlar verilir. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, təlim-tərbiyə prosesinin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, psixoloji xidmət və digər mövzular ətrafında müzakirələr aparılır. Şura iclaslarında müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.