Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq


Digərləri 27 İyn 2019 13:40:47 225 0

Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə start veriləcək.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə start veriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, tikinti işlərinin gələn il yekunlaşdırılması və Mərkəzin istifadəyə verilməsi planlaşdırılır. Reabilitasiya müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir reabilitasiya xidmətləri və bərpa-müalicə prosedurları həyata keçiriləcək.