Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu


Siyasət 27 İyn 2019 13:39:00 269 0

Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

Azərbaycan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilib.

Belə ki, iclasda Azərbaycanın "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulmaq haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Deputatlar Azərbaycanın bu sənədə qoşulmasının ölkəmiz üçün vacib olduğunu qeyd ediblər.

Daha sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Son.az