Sumqayıt-da 5 yeni oyunçu


İdman 27 İyn 2019 12:41:00 209 0

Sumqayıt-da 5 yeni oyunçu

Sumqayıt 2019/2020 mövsümü üçün hazırlığa start verib.

Goal.az-ın məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın köməkçi meydançasında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.

Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, Sumqayıt hazırlığın I mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı barədə klubun rəsmi saytında məlumat veriləcək.