Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu


Digərləri 27 İyn 2019 12:57:41 240 0

Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

Azərbaycan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulub.

Bakı. Elçin Mehdiyev – Azərbaycan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulub. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilib. Belə ki, iclasda Azərbaycanın "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulmaq haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Deputatlar Azərbaycanın bu sənədə qoşulmasının ölkəmiz üçün vacib olduğunu qeyd ediblər. Daha sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin