İnter-dən Lukakuya yeni təklif


İdman 27 İyn 2019 12:18:00 228 0

İnter-dən Lukakuya yeni təklif

İnter Manchester United-in hücumçusu Romelu Lukakunun transferində israrlıdı.

Goal.az-ın məlumatına görə, "neradzurra" bu keçidlə bağlı qarşı tərəfə növbəti təklif göndərib.

İtaliya təmsilçisi Belçika millisinin üzvünü ilk olaraq 10 milyon avro qarşılığında 2 illik icarəyə götürmək və daha sonra 60 milyon avroya transfer etmək istəyir. Futbolçusuna 84 milyon avro qiymət qoyan "qırmızı şeytanlar" bu təklifə hələ bir cavab verməyib.

Qeyd edək ki, ötən mövsüm A seriyasında 4-cü yeri tutan İnter Çempionlar Liqasında çıxış edəcək.