Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək


Digərləri 27 İyn 2019 11:24:00 189 0

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, hazırda bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: "Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur, ancaq regionlarda bu, var". K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Otellər Assosiasiyasının üzvü olduğu üçün hotellər həmin qurumun standartlarına uyğun şəkildə ulduz alacaq.