Bakıda DƏHŞƏTLİ QƏTL:


Kriminal 27 İyn 2019 11:04:00 241 0

Bakıda DƏHŞƏTLİ QƏTL:

Bakıda qardaş bacısını bıçaqlayaraq öldürüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.