Agentlik sədri: Turizm fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına zərurət yaranıb


Digərləri 27 İyn 2019 10:44:00 171 0

Agentlik sədri: Turizm fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına zərurət yaranıb

Turizm fəaliyyəti üzrə lisenziyaların ləğvi sənayedə canlanma yaratsa da, bundan sui-istifadə edənlər də olub.

Bakı. İlhamə İsabalayeva - Turizm fəaliyyəti üzrə lisenziyaların ləğvi sənayedə canlanma yaratsa da, bundan sui-istifadə edənlər də olub. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri (DTA) Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına yenidən zərurət yaranıb. Bunun üçün Dövlət Turizm Agentliyinin dövlət reyestrinin yaradılması üçün iş apardığını deyən F.Nağıyev əlavə edib ki, bu mexanizm hazırlanarkən turizm şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq: "DTA dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin olmasının tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir".