PSG Neymarı Barcelona-ya satmaqdan imtina etdi


İdman 27 İyn 2019 10:18:00 336 0

PSG Neymarı Barcelona-ya satmaqdan imtina etdi

PSG klubu braziliyalı hücumçu Neymarı Barcelona-ya transfer etməkdən imtina edib.

Goal.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Fransız klubunun Barcelona ilə danışıqlar aparmaqdan imtina etdiyi bildirilir. Futbolçu özü isə komandanı tərk etmək istəyini iyulun 7-dən sonra açıqlayacaq.

Neymar Barcelona-dan 5 illik müqavilə barədə təklif alıb. Onun keçmiş klubunda əvvəlki maaşını alacaq.

Ulduz futbolçu ilə Madridin Real klubu da maraqlanır. Zidanın almağa ehtiyac olmadığını düşündüyü futbolçunun transferində klub prezidenti Peres maraqldır. O klubun futbolçunun keçidi ilə yaxşı gəlir qazanacağını düşünür.

Neymar PSG-yə Barcelona-dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. PSG futbolçunu 300 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.