Banklar rəqəmli texnologiyalara nə qədər xərcləyib?


Digərləri 27 İyn 2019 08:41:00 201 0

Banklar rəqəmli texnologiyalara nə qədər xərcləyib?

Beynəlxalq banklar informasiya texnologiyalarının tətbiqinə son üç ildə təxminən 1 trilyon dollar sərf ediblər. Bu barədə konsaltinq "Accenture Plc" şirkətinin tədqiqatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, 161 iri pərakəndə və kommersiya bankının yalnız 19-u böyük dəyişikliklərə imkan verən rəqəmli strategiyalara lazımi diqqət yetirir.

İyirmi bir ölkədə fəaliyyət göstərən bu maliyyə təşkilatları 2011-ci ildə eyni kapital gəliri (return on equity, ROE) göstəricisi ilə xarakterizə olunub.

Texnologiyaların tətbiqi üçün xərclərin 1 trilyon dollar məbləğində qiymətləndirilməsi bütün dünyanın pərakəndə və kommersiya banklarının investisiyalarını əhatə edir və daxili və kənar aparat vasitələri, proqram təminatı, xidmətlər və İT heyəti xərclərini özündə birləşdirir.