Türkiyə HHQ İraqın şimalında PKKnın mövqelərinə zərbələr endirib


Dünya 27 İyn 2019 08:18:00 203 0

Türkiyə HHQ İraqın şimalında PKKnın mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında yerləşən Kərkük və Zap rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.