Bill Qeyts öz əsas səhvini açıqlayıb


Digərləri 27 İyn 2019 07:21:00 314 0

Bill Qeyts öz əsas səhvini açıqlayıb

"Microsoft"un qurucusu Bill Qeyts şirkətin əsas səhvini açıqlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, hazırda "Android" platforması "Apple"dan başqa bütün qurğularda dəstəklənən universal əməliyyat sistemidir. "Google" şirkəti "Android" sistemini 2005-ci ildə 50 milyon dollara satın alıb.

Şirkətin direktoru bildirib ki, "iOS" sisteminin alternativi "Microsoft" korporasiyasına 400 milyard dollar qazanmağa imkan verərdi.

"Bazarda "Apple"ın əməliyyat sistemindən başqa yalnız bir yer var və onun qiyməti 400 milyard dollar təşkil edir. Bu məbləğ G [Google] şirkətindən M [Microsoft] şirkətinə daşına bilərdi" - Qeyts deyib.