USB standartının yaradıcısı öz əsas səhvini etiraf edib


Digərləri 27 İyn 2019 07:01:00 224 0

USB standartının yaradıcısı öz əsas səhvini etiraf edib

USB standartı ilk dəfə 1998-ci ildə "Apple iMac" kompüterində istifadə edilib. Həmin vaxtdan etibarən USB konnektora malik texnikanı düzgün qoşmaq üçün milyardlarla cəhd edilib. Son.az ICTnews-a istinadən bildirir ki, USB standartının hazırlanmasına məsuliyyət daşıyan "Intel" komandasının rəhbəri Acay Bxatt ilk dəfə sözügedən konnektorun dizaynının uğursuz olduğunu etiraf edib.

Onun sözlərinə görə, cari dizaynın başqa variantlarla müqayisədə əsas üstünlüyü onun qiyməti idi. USB konnektorunun istənilən tərəfdən qoşulması imkanı onun istehsal dəyərini iki dəfə artırardı.