İkimərtəbəli ev yanıb
Digərləri 26 İyn 2019 23:50:00 269 0
Cəlilabadda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 8 ton ot bağlamasının 3 tonu, bitişik ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az