Qocalmanı gecikdirmək üçün nə etmək lazımdır? Sadə üsullar


Digərləri 26 İyn 2019 22:20:00 217 0

Qocalmanı gecikdirmək üçün nə etmək lazımdır?  Sadə üsullar

İnsanın pasport yaşı və bioloji yaşı var. Bioloji yaş (orqanizmin vəziyyəti) pasport yaşından xeyli az ola bilər.

Belə insanlar hər zaman öz yaşından daha cavan görünür, həmyaşıdlarından daha sağlam və gümrah olurlar.

Bioloji yaşı azaltmaq üçün nə etmək lazımdır?

Son.az yenicag.az-a istinadən bildirir ki, bu suala ABŞ mütəxəssisləri cavab verib.

Mütəxəssislər qocalma proseslərini azaltmaq üçün bu kimi qaydalara əməl etməyi tövsiyə edir.

1. Fiziki aktiv olun, daha çox hərəkət edin.

Hərəkətli insanların əzələ kütləsi daha inkişaf etmiş, qanda xolesterin və şəkərin səviyyəsi aşağı olur, immun sisteminin göstəriciləri isə cavan insanlara yaxınlaşır.

Bundan əlavə fiziki aktivlik ürək əzələsini məşq etdirir ki, bu da ürəyi daha sağlam edir. Həmçinin fiziki aktivlik beyinin fəliyyətinə də müsbət təsir edir.

2. Qidalı liflərlə zəngin olan məhsulları yeyin.

Bu meyvə, tərəvəz, paxlalılar, taxıl bitkilərinə aiddir. Liflər ürək-damar, həzm sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.

Həmçinin lifli qidalar orqanizmi ziyanlı maddələr, toksin, ağır metalların duzları və sərbəst radikallardan təmizləyir ki, məhz bu maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir.

3. Zülalın qəbulunu artırır.