Bu qida körpənizi itirməyinizə səbəb ola bilər Hamilə qadınların DİQQƏTİNƏ FOTO


Digərləri 26 İyn 2019 21:31:00 213 0

Bu qida körpənizi itirməyinizə səbəb ola bilər  Hamilə qadınların DİQQƏTİNƏ  FOTO

Ana olmağa hazırlaşan qadınların şübhəli qaldığı məqamlardan biri də hamiləlik zamanı zəncəfildən istifadə edib-etməməkdir.

Son.az xəbər verir ki, bir çox dərdin dərmanı kimi əsrlərdir istifadə olunan zəncəfil hər zaman olduğu kimi, hamiləlik dövründə də sağlamlıq baxımından bir çox sayda verir.

Xalq arasında yayılan rəvayətə görə, hamiləlik zamanı zəncəfildən istifadə etmək uşağa ziyan verir. Lakin mütəxəssislər bunun tam əksini bildirir. Xüsusilə, ürəkbulanma zamanı istifadə olunanda daha çox işə yarayır.

Lakin burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Xüsusən, gün ərzində nə qədər istifadə olunmasına və təzəliyinə.

Hamiləlikdə zəncəfildən istifadənin qaydaları və faydaları

Şəfa qaynağı olan zəncəfilin yeməklərə əlavə edərək və ya çayını dəmləyərək qəbul etmək mümkündür. Hər analığa namizəd qadında eyni olmasa da, ilk 2-3 ayda ürəkbulanma faktoru qeydə alınır. Zəncəfil bu problemin öhdəsindən asanlıqla gəlir. Bir fincan qaynar suyun içinə yarım çay qaşığı zəncəfil tozu atın. 10 dəqiqə sonra süzün və gündə 2 fincandan çox olmayaraq için.

Zəncəfil, həm də hamiləlik zamanı artan mədə turşuluğunun azalmasına yardımçı olur. Bunun üçün təzə zəncəfili şəkər və ya balla birlikdə çay içərkən yeyə bilərsiniz.

Hamiləlikdə zəncəfil:

- Bətndəki körpəyə kifayət edəcək qan axınını dəstəkləyir.

- Yeməkdən sonra həzmi çətin olan qidaların daha yaxşı parçalanasına kömək olur.

- Bel və boğaz ağrılarını aradan qaldırır.

- Kəskin xolestrol səviyyəsini aşağı salır.

- İmmun sistemini qüvvətləndirir.

- Mədədə yanma hissinin qarşısını alır.

- Qanda şəkərin miqdarını balansda saxlayır.


Xəbərə aid fotolar