Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar Həkimlər naəlacdır


Digərləri 26 İyn 2019 20:57:00 224 0

Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar  Həkimlər naəlacdır

Sanki tilsimlənmiş kimi həyat sürən 2 pakistanlı qardaş Əhməd və Əbdül Rəşid ölkələrində həm insanların, həm də həkimlərin maraqla qarşıladığı insana çevriliblər.

Son.az medicina.az-a istinadən bildirir ki, gündüzlər normal həyat sürən uşaqlar gecə düşən kimi iflic olub, sanki ölürlər. Heç bir hərəkət edə bilmirlər.

Gündüzlər məktəbə gedən, dərslərini oxuyan oğlanlar qaş qaralandan günəş çıxanadək hərəkət qabiliyyətini itirir.

Əyalətlərində "günəşin uşaqları" ləqəbi qoyulan qardaşların vəziyyəti ilə yerli qurumlar, nüfuzlu həkimlər maraqlanıb və onların müalicəsi ilə məşğul olurlar. Amma xəstəliyin dəqiq səbəbi tapılmır və hələ ki, müalicələr də effektsizdir.