Soğanda xərçəngi müalicə edən maddə var imiş Yaponiyalı alimlərin ARAŞDIRMASI


Digərləri 26 İyn 2019 20:45:00 226 0

Soğanda xərçəngi müalicə edən maddə var imiş  Yaponiyalı alimlərin ARAŞDIRMASI

Soğanda olan birləşmələr orqanizmin xərçəng əleyhinə müdafiə mexanizmini aktiv saxlayır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu qənaətə yapon tədqiqatçıları gəlib. Məlumata görə, soğanda olan maddələr həmçinin yumurtalıq xərçənginin müalicəsində terapevtik effekt verə bilər. 

Belə ki, tədqiqatlar zamanı Onioinin A adlı birləşmə siçanlarda yumurtalıq xərçənginə tətbiq olunub. Nəticədə şiş hüceyrələrinin artımında tormozlanma baş verib. 

Elm adamları ONA birləşməsinin şiş əleyhinə preparatların effektini artıra biləcəyini və şiş hüceyrələrinin yayılmasının, artmasının qarşısını ala biləcəyini düşünür.