Dubayı və ƏbuDabini 6 milyon xarici turist ziyarət edib


Digərləri 26 İyn 2019 20:35:00 167 0

Dubayı və ƏbuDabini 6 milyon xarici turist ziyarət edib

Bu ilin birinci rübündə Əbu-Dabi və Dubay əmirliklərini 6,04 milyon xarici turist ziyarət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankının hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə turist axını 1,8 faiz artıb.

Bu müddət ərzində Dubay 4,75 milyon turist, Əbu-Dabi isə 1,28 milyon turist qəbul edib. Xarici qonaqların yarısından çoxu (52 faiz) otellərdə qalmağa üstünlük verib.