İsti havalarda orqanizmin suya tələbat norması Kimə çox su içmək olmaz?


Digərləri 26 İyn 2019 20:10:00 235 0

İsti havalarda orqanizmin suya tələbat norması  Kimə çox su içmək olmaz?

Hansı həkimə gediriksə, mütləq bol maye, adi su içməyimizi tövsiyyə edir. Su içməyin faydaları haqqında o qədər miflər gəzir ki, adam lap günə bir vedrə su tükətmək istəyir. Amma elə adam var ki, su içə bilmir ki, bilmir. 

Son.az bildirir ki, artıq içiləndə dərd verir su da... deyimini nəzərə alıb medicina.az xüsusən yayda aktual olan su içmək və orqanizmin nə qədər su tələb etməsi barədə mifləri araşdırıb. Necə bilmək olar ki, kifayət qədər su içirik?

Sutkalıq maye norması

Dietoloqlar gündə 8 stəkan su içməyə qarşıdır. Təbii ki, söhbət peşəkar dietoloqlardan gedir. Çünki son zamanlar çoxu ümumi məsləhət naminə elə hamıya 8 stəkan suyun faydalarını sayır. Əslində isə sutkalıq su miqdarı norması hər insana görə dəyişir və fərdidir. 

Tibbi baxımdan bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su hesablanır. Yəni əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiz. 80 kq-dan yuxarı insanlar üçünsə 2,5-3 litrdir. Bundan çox içmək mümkün deyil, həm də səy və inad tələb edir. Nəzərə alın ki, gündəlik normanı 1-2 saatın içində bitirmək olmaz. Tutaq ki, oxuduz ki, sizə 2 litr su lazımdır. 1 litrini içib, birini də bir saatdan sonra içmək təhlükəlidir. Məsələn fakt var ki, 3 amerikalı əsgər bir neçə saatın içində 20 litr su içdiklərinə görə ölmüşdülər. Yəqin ki, onlar mərcə gəlmişdilər.

Yayda norma artır, amma yenə də məcbur deyil

Isti havalarda tər ilə bədəndən maye itkisi çox olduğundan, insan daha çox su tükətməlidir. Amma minimum normanın bir qədər üstündə. Məsələn 50-55 kq-lıq insan  sutkada 3 litr, 80 kq-lıq isə 5 litr. Isti havalarda daha çox fiziki aktivlik göstərən insanlar bu həddi aşa bilər. fəhlə çalışanlar, idmanla məşğyl olanlar, açıq havada çox olanlar - normanın yuxarı həddində su qəbul edə bilər. Unutmayın ki, təhlükəsiz norma günə 2,5-3 litrdir.

Qidadan su

Maye qəbulu o demək deyil ki, elə stəkanla su içməlisiz. Gündəlik normanın 70-80%ni sudan alıb, qalanını ərzaq, qida ilə təmin edə bilərsiz. Bu həm də təbiətin qanunudur. Su ilə zəngin qidalar: qarpız, brokkoli, sitrus, süd, yoqurt, almadır. Həmçinin soyuq şorbalar.