Kürəkən qayınatasının evini atəşə tutdu


Kriminal 26 İyn 2019 19:25:00 188 0

Kürəkən qayınatasının evini atəşə tutdu

İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qayınatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıəb, ona məxsus "Ford" markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.