Pişiyi səhvən 35 dəqiqə paltaryuyan maşında yudular


Digərləri 26 İyn 2019 19:20:00 275 0

Pişiyi səhvən 35 dəqiqə paltaryuyan maşında yudular

ABŞ-ın Minnesota şəhərində maraqlı hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Stefani Kerroll-Kirxoff səhvən pişiyini paltaryuyan maşında yuyub. Stefani hər dəfə maşını yoxlasa da, bu dəfə üç pişiyindən birini unudub.

Soyuq su ilə 35 dəqiqə maşında yuyulan pişik sağ qalıb. O, maşının qapağını açanda pişiyin pəncəsini görüb. Stefani dərhal bir yaşı olan Feliks adlı pişiyi maşından çıxarıb və həkimə aparıb. Bununla yanaşı, pişik müvəqqəti olaraq görmə qabiliyyətini itirib, möhkəm soyuqlayıb. Hazırda onun vəziyyəti yaxşılaşıb.

Amma pişiyin müalicəsi sahibəsinə 700 dollara başa gəlib.