Çin Rusiya neftini almaqdan imtina etdi


Dünya 26 İyn 2019 19:00:00 246 0

Çin Rusiya neftini almaqdan imtina etdi

Çinin gömrük orqanları istehlakçılara çirklənmiş Rusiya neftini almağı qadağan edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Röyter" agentliyi öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, yeni qərar nəticəsində Rusiyanın 500 milyon dollar dəyərində olan 1 milyon ton çirkli nefti alıcısız qalıb.

Çində istehlakçılar çirkli Rusiya neftini almaqdan imtina etməklə bərabər treyder olan "Vitol" şirkətini Avropaya göndərməyə məcbur ediblər.

Qeyd olunur ki, bazarda qara qızılın qiymətinin 65 dollar olmasına baxmayaraq, Rusiya çirkli neftin bir barelini 10-20 dollara təklif edir. Bunun sayəsində Moskva əlində olan çirkli neftin böyük hissəsini (800 min ton) Çin və Hindistanın alacağına ümid etdiyini, amma bu ümidlərin doğrulmadığı vurğulanır.