Bu şəhərin küçələrində 20dən çox mərmi aşkarlandı


Dünya 26 İyn 2019 18:42:00 203 0

Bu şəhərin küçələrində 20dən çox mərmi aşkarlandı

Qazaxıstanlı istehkamçılar Türküstan vilayətinin Arıs şəhərinin küçələrində 20-dən çox mərmi aşkarlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyətlər üzrə komitəsinin sədri Vladimir Bekker "Xabar 24" telekanalının efirində deyib.

"İstehkamçılar 24 mərmi və 104 təhlükəli fraqment aşkarlayıb. Onlar ya yerində partladılacaq, ya da digər yerə aparılaraq zərərsizləşdiriləcək. Şəhərdə 7600 bina var, ilkin məlumata əsasən, onların təxminən 80-90 faizi müxtəlif dərəcədə zədələnib. Komissiya dəymiş zərəri hesablayacaq", - deyə Bekker bildirib.

Xatırladaq ki, iyunun 24-də Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. 45 min nəfərin yaşadığı Arıs şəhərinin əhalisi təxliyə edilib. Partlayışlar yalnız bu gün səhər saatlarında səngiyib.