Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü ələ keçdi


Dünya 26 İyn 2019 18:36:00 243 0

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü ələ keçdi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov şəhərində terror aktının qarşısını alıb.

Son.az Trend-ə istinadən bildirir ki, xidmət əməkdaşları kustar üsulla partlayıcı maddələr hazırlayan və kütləvi məkanda terror aktı planlaşdıran İŞİD üzvünü zərərsizləşdirib.

Qeyd olunur ki, həmin şəxs əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. Əməliyyat nəticəsində dinc sakinlər arasında xəsarət alanlar olmayıb.