Budapeşt: Avropa İttifaqının fəaliyyəti son 5 il ərzində çox uğursuz olub


Dünya 26 İyn 2019 18:30:00 208 0

Budapeşt: Avropa İttifaqının fəaliyyəti son 5 il ərzində çox uğursuz olub

Macarıstan Avropa Komissiyası prezidenti postuna "səriştəli siyasətçi"nin seçilməsini istəyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Baş Nazirin dəftərxanasının rəhbəri Gergey Qulyaş iyunun 25-də parlamentin Avropa məsələləri üzrə komitəsində bəyan edib. "Aİ-nin son 5 il ərzində fəaliyyəti çox uğursuz olub", - deyə Qulyaş dinləmələrdə gileylənib. O, liderlik keyfiyyətlərinə, xüsusən də Aİ-nin miqrasiya və Brexit məsələlərinin həllinə dair narahatlığını ifadə edib. Qulyaş deyib: "Avropa Komissiyasını dəyişdirmək lazımdır. Bu, siyasi komitə deyil, Aİ razılaşmalarının icrasını izləyən orqan olmalıdır". Aİ təsisatları hər bir üzv dövlətlə "onlardan hər hansı birinə əvvəldən hücum etmədən", "düzgün və balanslaşdırılmış" münasibəti dəstəkləyə bilən liderlərə malik olmalıdır.