Estoniya ilə Finlandiyanı birləşdirən Baltik qaz kəməri istifadəyə verilib
Dünya 26 İyn 2019 17:54:00 236 0
Estoniya ilə Finlandiyanı birləşdirən Baltik qaz kəməri vaxtından əvvəl istifadəyə verilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu 77 kilometr olan kəmərin inşasında məqsəd iki ölkə arasında təbii qazın nəqlini həyata keçirməklə regional enerji təhlükəsizliyini təmin etməkdir.
Qaz kəmərinin inşasına 2018-ci ildə başlanılıb. Fin körfəzini keçən kəmər vasitəsilə hər il 2 milyard kubmetr qaz nəql ediləcək. Ümumilikdə, tikinti işlərinə 300 milyon avro vəsait sərf olunub. Vəsaitin bir hissəsi Avropa İttifaqı, qalanı isə Finlandiya və Estoniya hökumətləri tərəfindən ödənilib.
Mənbə: milli.az